“Səbail” daha bir futbolçu ilə yollarını ayırıb.
İdmanxeber.com-un klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı məlumata görə, debütant Yamin Ağakərimzadənin müqaviləsinə xitam verib. Futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, “Səbail” Ağakərimzadədən əvvəl Təyyar Məmmədov, Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telles və Amit Quluzadə ilə də vidalaşıb.