l Divizion

“Səbail” Macarıstan klubuna qalib gəldi

“Səbail” bu gün Antalyada sonuncu yoldaşlıq görüşünü keçirib.

İdmanxeber.com-un məlumatına görə, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi “Szeged” klubu olub. “Arcadia Hotel”in stadionunda baş tutan oyunda “aslanlar” 2:1 hesablı qələbə qazanıb. Bakılıların qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.

Komanda meydana bu əsas heyətlə çıxıb: Rəşad Əzizli, Saşa Yunisoğlu (K), Anar Babayev, Fərid Səmədzadə, Ramazan Abbasov, Orxan Qurbanlı, Aslan Hüseynov, Eltun Yaqublu, Ruslan Tağızadə, Bayram Budaqov, Mirzağa Hüseynpur.

“Səbail” yanvarın 28-i Antalya toplanışını yekunlaşdıracaq və həmin gün günorta saatlarında vətənə dönəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43