İdman

“Səbail”in futbolçuları millidə çıxış etdi

“Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk və “Zirə”nin hücumçusu Aleksandr Dedov Moldova yığmasının heyətində növbəti oyuna çıxıb.
İdmanxeber.com-un məlumatına görə, onlar Fil Dişi Sahili yığmasına qarşı yoxlama oyununda iştirak ediblər. Bu matçda Moldova 1:2 hesab ilə uduzub.

 Hər iki futbolçu meydana start heyətdə çıxıb. Dedov 57-ci dəqiqədə, Koçuk 80 dəqiqə əvəzlənib. Dedov komandasının qol ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43