29 Sentyabr 2024
İdman

“Səbail”in ilk rəqibi “Gənclərbirliyi” oldu

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçəcək.

İdmanxeber.com-un məlumatına görə, iyulun 9-da Türkiyəyə yollanacaq bakılılar Kızılcahamamda “Çam Thermal Resort & Spa Hotel”də məskunlaşacaq. Baş məşqçi Aftandil Hacıyev yetirmələrini yerli komanda “Gənclərbirliyi” ilə görüşdə sınayacaq. Ötən mövsüm Super Liqanı tərk edən Ankara klubu ilə qarşılaşmanın tarixi açıqlanmayıb.

“Səbail” iki həftəlik Türkiyə toplanışı çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43