Tarixində ilk dəfə olaraq Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qəbələ” klubuna “Sector11” azad azarkeş qrupundan dəstək gəlib.
İdmanxeber.com-a verilən məlumata görə, qrup “Qəbələ”nin Bonsiya və Hersoqovuina klubu olan “Şiroki Briyeq”lə ev matçında əyalət klubuna dəstək olmaz istəyir. Qrupun üzvləri klub rəhbərliyinə müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab görüşləri isə ayın 10-da keçiriləcək.