Yeni mövsümün başlamasına günlər qalmış daha bir stadionun adı dəyişdirildi.
İdmanxeber.com-un məlumatına görə, 13 il öncə inşa edilən “Şəfa” stadionunun adı “İnter” klubunun istəyi ilə dəyişdirilərək “İnter Arena” qoyulub. Bununla bağlı klub rəhbərliyi AFFA və PFL-i məlumatlandırıb və Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti “Şəfa” stadionu bundan sonra “İnter Arena” adını daşıyacağını açıqlayıb.
Qeyd edək ki, İ.Hüseynzadə adına Sumqayıt şəhər stadionu da artıq “Kapital Bank Arena” adlanır.