Hal-hazırda Azərbaycan birinci divizionunun 21-ci turu çərçivəsində "Şəfa" stadionunda keçirilən "Şuşa" – "Araz Naxçıvan" matçında maraqlı bir məqam diqqətimizi çəkib.
İdmanxeber.com-un məlumatına görə, futbolçular hər zərbələrindən sonra meydanı tərk edən topu özləri oyuna daxil edirlər. Yəni hər oyunda görməyə adət etdiyimiz topdaşıyan uşaqlar yoxdu.
Daha bir maraqlı məqam isə meydan sahiblərinin baş məşqçisi Nadiq Qasımovla bağlıdı. AFFA İK-i tərəfindən 5 oyunluq cəzalandırılan Qasımov tribunadan hakimi ədəbsiz ifadələrlə təhqir edir.