Premyer Liqa

Şəfi Bağırov 6-cı oldu

Azərbaycan Premyer Liqasının VIII turunda AZAL-la oyunda əsas komandaya dəvət alan Şəfi Bağırov əvəzedicilərdən çağırılan 6-cı futbolçu olub.

İdmanxeber.com xəbər verir ki, səfər qarşılaşması üçün “18-lik”də yer alan gənc oyunçu ilk dəfə belə şans qazanıb.

Ümumiyyətlə, cari mövsüm “Kəpəz”in əvəzedici heyətindən Bağırovla yanaşı, Fərid Məmmədov, Elcan Rəhimov, Əli Səmədov, Qaraxan Əliyev və Emin Zamanov baş məşqçi Şahin Diniyevin etimadını qazanıb. Adı çəkilənlərdən ən çox Zamanov əsas komandaya dəvət alıb. Belə ki, Emin dörd çempionat matçında ehtiyat oyunçular skamyasında yer alıb. O, iki dəfə AZAL, bir dəfə isə “İnter” və “Neftçi” görüşlərdə belə imkan əldə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43