“Erzurumspor”un qapıçısı İbrahim Şehiç turun rəmzi heyətinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, bosniyalı qolkiper “Beşiktaş”la (1:1) səfər oyununda göstərdiyi performansla diqqətləri üzərinə çəkmişdi. Sabiq “Qarabağ”lı bu çıxışına görə Superliqanın sonuncu turunun rəmzi heyətində yer alıb.
İbrahim Şehiç mövsümün əvvəlində “Qarabağ”dan Türkiyə klubuna transfer olunmuşdu.