İdman

Şehiç Yunanıstandan məyus dönür

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində  Bosniya və Herseqovina yığması növbəti matçına çıxıb. 

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin komandası səfərdə Yunanıstanla üz-üzə gəlib.

Şehiçin sonadək ehtiyatda qaldığı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qonaqlar qələbəni 90+5-ci dəqiqədə əldən veriblər.

Qeyd edək ki, Şehiçin komandası hazırda 7 xalla yer aldığı H qrupunda 3-cü pillədə qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43