Norveçin “Brann” klubunun futbolçuları stadionu əxlaqsızlıq yuvasına döndəriblər.
İdmanxeber.az “The Sun”a istinadən xəbər verir ki, komandanın 12 üzvü bardan 7 xanım götürərək stadionun paltardəyişmə otağına aparıblar. Səhərə kimi seks partisi təşkil edən futbolçuların bu görüntüləri təhlükəsizlik kameralarına düşüb.
Komandanın meneceri Vibeke Yohanessen məlum olayla bağlı bunları deyib: “Onlar həddindən artıq spirtli içki qəbul edərək, səhərə kimi seks partisi təşkil ediblər”.
“Brann”ın kapitanı Daniel Kederden isə hər kəsdən üzr istəyib:
“Olmaması lazım olan şeyi etdik. İndi ancaq üzr istəməkdən başqa bir şey qalmayıb. Karyeramda ilk dəfə belə hal yaşandı”.
Qeyd edək ki, “Brann” seks partisinden sonra 7 oyunluq qələbəsizlik seriyasına son qoydu. Komanda uzun müddətdən sonra “Sannefyord”u 3:2 hesabı ilə məğlub etdi.