“Meydançanın durumu baxımlı oyun sərgiləməyimizə imkan vermədi. Komandama oyunun ritmini tutduğuna görə təşəkkür edirəm”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev “İnter”lə oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
O, qələbəyə layiq olduqlarını, lakin buna rəqib qapıçının imkan vermədiyini bildirib: “Düşünürəm ki, ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Sadəcə, bəxtsizlik və rəqibin qapıçısı Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi. Rəqibə hörmətsizlik olmasın, amma deyim ki, biz bu gün 2 xal itirdik. “İnter”in penaltidən başqa hər hansı bir ciddi qol şansı olmadı. Bu görüşü unutmalı və növbəti oyunlara hazırlaşmalıyıq. Əsas odur ki, komandamız yaxşı futbol sərgiləyir və ümidlərim böyükdür”.