Dünya futbolu

“Seltik” “Liverpul”un qapıçısını istəyir

”Seltik” “Liverpul”un qapıçısı Kuivin Kelleherlə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Şotlandiya klubu yayda karyerasını bitirəcək Co Hartı irlandiyalı qolkiperlə əvəz edə bilər.

Kelleherin “Liverpul”la 2026-cı ilin yayına qədər müqaviləsi var.

O, bu mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb və 3 oyunda qapısını qola bağlaya bilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43