“Styarnanla hər iki görüşdə qələbə qazanaraq mərhələ adladıq. Bu, önəmli idi. Növbəti mərhələdə ən güclü rəqiblə qarşılaşacağıq. “Qarabağ”la oyunlar tamamilə fərqli keçəcək”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çempionlar Liqasının III təsnifat mərələsində “Qarabağ”ın rəqibi olan “Seltik”in baş məşqçisi Ronni Deyla deyib.
Britaniyalı çalışdırıcı “Qarabağ”la hər iki oyunun çətin keçəcəyini bildirib: “Qarabağ” yaxşı rəqibdir. Onların “Rudar”la bir matçını izlədim. Azərbaycan çempionu “Rudar”dan güclü idi. Çempionlar Liqasında mərhələ keçmək istəyirsənsə, qarşına çıxan bütün rəqibləri məğlub etməlisən. Bu mənada “Qarabağ”la hər iki oyun həm maraqlı, həm də çətin keçəcək”.