Çempionlar Liqasının III təsnifat mərhələsi cavab oyunları çərçivəsində “Qarabağ” “Seltik”i qəbul edib.
İdmanxeber.com-un məlumatına görə, oyunda qalib müəyyən olmayıb – 0:0.
Matçdan sonra “Seltik”in baş məşqçisi Ronni Deyla bunları deyib:
“Komandanın oyunundan razıyam. İstədiyim formada oynadılar. Komanda ruhunu ortaya qoya bildilər. Havanın isti, meydançanın vəziyyətinin yaxşı olmaması bizə istəklərimizi yerinə yetirməkdə problem yaradırdı. “Qarabag” olduqca yaxşı komandadı. Topla yaxşı oynayırlar”