26 Dekabr 2024
Ölkə futbolu

Səmədov: “Azərbaycan millisinin kapitanı Rəşad Sadıqova da dedim”

Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov yığmamızla baş tutan görüşdən sonra (1:1) ölkəsinin mətbuatına müsahibə verib.

– Aleksandr niyə belə məyussan?

– Çünki qələbəni əldən verdik. Hansı ki, 3 xal cibizimdə idi.

– Ancaq dünya çempionatının final mərhələsinə vəsiqə qazandığınız üçün sevinməlisən…

– Sevinc bəlkə də sonradan gələcək. Hazırda məndə ruh düşkünlüyü var.

– Bütün oyun ərzində stadionda sənə qarşı olan böyük azarkeş təzyiqi altında oynamaq çətin deyildi ki?

– Doğrudur, oyun ərzində mənə qarşı xüsusi təzyiq var idi. Hansı ki, bunun qarşısı alınsaydı, yaxşı olardı. Ancaq Braziliyaya vəsiqə qazandıq. Bu, böyük hadisədir. Məhz bunun naminə səbr etməliyəm.

– Bu təzyiqin qarşısını necə almaq olardı? Bütün stadion sənin soyadını nifrətlə çağırırdı. İndiyə kimi belə hadisə ilə rastlaşmışdın?

– Xeyr, belə şey olmamışdı. Ancaq mən də bu gün belə olacağını gözləmirdim. Ümumiyyətlə başa düşmürəm ki, mənim sözlərimi Azərbaycanda niyə belə ağır qarşıladılar. Burada utancverici heç nə yoxdur. Mən onlara qarşı heç bir təhqiredici söz işlətməmişəm. Bunu Azərbaycan millisinin kapitanı Rəşad Sadıqova da dedim. Onunla bu barədə danışdım. Məni yalnış anladıqlarını bildirdim. Sonda isə R.Sadıqovla əl sıxışıb, ayrıldıq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43