Azərbaycan birinci divizion təmsilçisi “Şəmkir” klubunu texniki məğlubiyyət verilib.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna klubun birinci divizionunun ilk turunda “Turan-T” ilə matçda limiti pozması səbəb olub. Buna görə də “Şəmkir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalıb, vurulmuş qollar isə ləğv edilib.