AFFA-nın konfransında UEFA-nın I vitse-prezidenti Şenes Erzik maraqlı fikirlər söyləyib:
"Əvvəllər Azərbaycan futbolunda sıxıntılar oldu. Ancaq bugünkü durum məni sevindirir, bu sahədə çox işlər görülür. 20 il ərzində 15 dəfə Azərbaycanda səfərdə olmuşam. Buraya daha çox gəlmək istəyirəm. Uşaq futbolunda fəaliyyəti alqışlayıram. Milli komandanız əvvəllər seçmə mərhələdə 5 xal toplasa da, indi 9 xal yığıb. Berti Foqtsun əməyi böyükdü".