20 Sentyabr 2024
Ölkə futbolu

“Şenol Günəş Azərbaycandan gələcək təklifə müsbət yanaşır”

Türkiyə mətbuatı bir müddətdir Şenol Günəşin Azərbaycan millisinin başına keçəcəyini iddia edir.

İdmanxeber.az-ın məlumatına görə, ilk olaraq “Türkiye Gazetesi” bu xəbəri dərc etsə də, sonradan qardaş ölkənin nüfuzlu nəşrlərindən olan “Ajansspor” saytında da bununla bağlı xəbər yazıldı.

İlk olaraq Günəşin yığmamıza rəhbərlik edəcəyi xəbərini yazan Ferhat Kızıltaş yutub kanalında məsələ ilə bağlı açıqlama verib. O, təcrübəli mütəxəssisin karyerasını bitirməyi düşünmədiyini və daha bir neçə il çalışmaq istədiyini bildirib:

“Günəş pensiyaya çıxmaq barədə düşünmür. O, daha 3-4 il meydanın kənarında qalmaq niyyətindədir. Bunu yaxın çevrəsindən eşitmişəm. Bildiyim qədəri ilə AFFA yaxın günlərdə Şenol Günəşlə təmasa keçəcək. Təcrübəli mütəxəssis də bu təklifə müsbət yanaşır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43