Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş istefaya göndərilib.
İdmanxeber.az-ın məlumatına görə, son oyunlardakı uğursuz çıxışları da nəzərə alan Türkiyə Futbol Federasiyası baş məşqçi ilə olan müqaviləyə xitam verib.
Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyub.