Türkiyənin adlı-sanlı məşqçilərindən olan Şenol Günəş yenidən "Trabzonspor"u çalışdıracağı barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Yerli mətbuata qısa açıqlama verən çalışdırıcı bu sözlərlə söz-söhbətlərə son qoyub: "Hazırda çalışmağı düşünmürəm, təşəkkür edirəm".
Qeyd edək ki, Şenol Günəş 2009-2013-cü illərdə Trabzon təmsilçisini çalışdırıb.