Türkiyənin “Kayserispor” klubu Prosineçkinin istefasından sonra baş məşqçi axtarışlarını davam etdirir.
Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, bu posta ən real namizəd “Trabzonspor”un sabiq çalışdırıcısı Şenol Günəşdir. Uzun müddətdir işsiz olan mütəxəssisin əyalət klubunda çalışmağa razı olduğu mətbuatda yer alan xəbərlər arasındadır.