Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq Fransanın “Sent Etyen” klubu Bakıya hazırlıqlı gəlib.
İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar” Azərbaycana öz aşbazını da gətirir. Fransa klubunun belə addım atmasına səbəb futbolçularının zəhərlənmədən qorumasıdı. Belə ki, fransızlar Türkiyə “Karabükspor”u ilə səfər oyunundan sonra belə bir problemlə üzləşiblər.
“Sent Etyen” Türkiyədə olduğu müddətdə bir neçə futbolçusu zəhərlənmişdi. Məhz bunu nəzərə alan klub rəhbərliyi Bakıya tam hazırlıqlı gəlir.