22 Dekabr 2024
Dünya futbolu

“Sent-Etyen”in baş məşqçisi: “Qarabağ”la oynayacağımız matç “Nant”la oyun qədər əhəmiyyətlidir”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan “Sent-Etyen” klubunun baş məşqçisi Kristof Qaltye Fransa Liqasının 14-cü turunda bərabərə qaldıqları “Nant”la oyundan sonra mətbuata danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri söyləyib:

“Nant” bu mövsüm Fransa Liqasında yaxşı çıxış edir. Rəqib əsasən etibarlı müdafiəsi ilə fərqlənir. Görüş ərzində topa nəzarət etsək də, son anlarda dəqiq oynaya bilmədik. Qol vura bilməməyimiz məni məyus etdi.

“Nant”la görüşdə 1 xal məni qane edir? Bunu zaman göstərəcək. Avropa Liqasında “Qarabağ”la vacib oyunumuz var. Bu matç da bizim üçün “Nant”la oyun qədər əhəmiyyətlidir. Qrupda 3 komandanın 4 xalı var. Bilirik ki, “Qarabağ”la oyun çox çətin olacaq. Növbəti mərhələyə adlamaq üçün bu görüşdə qələbə qazanmalıyıq. Qalib gəlmək üçün də mütləq qol vurmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43