“Qarşıda 2 ev oyunumuz var. Birini bu gün “İnter”ə qarşı keçirəcəyik. Evdəki növbəti rəqibimiz isə “Qarabağ” olacaq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Sent-Etyen”in futbolçusu Frank Tabanu Fransa mətbuatına açıqlamasında deyib:
“Hesab edirəm ki, hər iki komandanı da məğlub edib, 6 xal toplaya bilərik. Biz buna qadirik. Hazırlıqlarımızı da yaxşı keçmişik. Əsas məsələ istədiyimiz oyunu oynayıb, qələbə qazanmaqdı”.