Kateqoriyasız

“Sent-Etyen”in sabiq futbolçusu “Zirə”də

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Qəsəbə təmsilçisi Hamidu Keyta ilə 1 il yarımlıq müqavilə bağlayıb. Məlumatı klubun saytı yayıb.

27 yaşlı fransalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin “Oser”, “Havr”, “Trelissak”, “Sent Etyen”, “Şambli”, Rumıniyanın “Dunerya”, “Farul” və “Botoşoni” klublarında çıxış edib. Keyta son olaraq Portuqaliyanın “Santa Klara” klubunun formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43