Rusiya Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Bu, “Zenit”in hücumçusu Halkdır. Qalib adı uğrunda braziliyalı futbolçu komanda yoldaşı Oleq Şatov və “Spartak”lı Xose Manuel Xuradonu qabaqlayıb.
Cari mövsümdə Halk Premyer Liqada 6 matça çıxıb, 5 qol vurub və 3 qol ötürməsi verib.