AFFA-nın U 21 millimizin başına gətirməyi düşündüyü serbiyalı baş məşqçi Milan Obradoviç təklifi geri çevirib.
Bu barədə Serbiya millisinin baş məşqçisi Mladen Krstaiç məlumat verib. Mladen Obradoviçin onun köməkçisi kimi qalcağını bildirib:
“Milan Obrodviç heç yerə getməyəcək. Düzdür, ona təklif gəlmişdi. Ancaq o, bu təklifi geri çevirdi. Obradoviç hazırkı vəzifəsində qalacaq”.
AFFA bir neçə gün öncə Obradoviçin U-21 millimizə əsas namizədlərdən biri olduğunu açıqlamışdı.