Ölkə futbolu

Serbiya millisinin sabiq üzvü Azərbaycandan təklif alıb

Serbiya millisinin keçmiş futbolçusu Deyan Milovanoviç Azərbaycandan təklif alıb.

Təcrübəli yarımmüdafiəçi klublarımızdan biri ilə danışıqlar aparıbmış.

“Srvena Zvezda”, “Panionios” və “Lans” kimi klublarda çıxış etmiş 29 yaşlı futbolçu futbolçu, karyerası ilə bağlı qərar verməkdə çətinlik çəkir. Serbiyanın OFK klubu futbolçunu transfer etməkdə israrlıdır.

“Azərbaycan və İran klublarının maraq dairəsində olsam da, karyeramı vətəndə davam etdirməyim istisna deyil. Karyeramı məhz OFK-da davam etdirəcəyimlə bağlı məsələ hələlik açıq qalır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43