“Yuventus”un və Serbiya millisinin yarımmüdafiəçisi Filip Kostiç zədə səbəbindən Avro-2024-də oynaya bilməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçuya dizindən ağır zədə diaqnozu qoyulub. Cinah oyunçusu qrup mərhələsinin 1-ci turunda İngiltərə ilə oyunda (0:1) sıradan çıxıb.
“Yuventus”un futbolçusunun yaxın vaxtlarda əlavə tibbi müayinədən keçəcəyi qeyd olunur.
Serbiya millisi 2024-cü il Avropa çempionatında ikinci oyununu iyunun 20-də Sloveniyaya qarşı keçirəcək. Komanda iyunun 25-də turnirin qrup mərhələsinin son turunda Danimarka ilə qarşılaşacaq.