“Sabah” klubu futbolçusu Petar Şkuletiçlə yolları ayırıb.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, serbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Təcrübəli forvard klub rəhbərliyinə şəxsi məsələlərinə görə komandadan getmək istədiyini bildirib.
Şkuletiç sentyabrda “Sabah”la 2 illik müqavilə imzalayıb.