Madridin “Real” klubu Serbiya “Partizanı”ndna rədd cavabı alıb.
İdmanxeber.com-un məlumatına görə, “kral klubu” Serbiya təmsilçisinin futbolçusu Andriya Jivkoviçi heyətinə qatmaq istəsə də “yox” cavabı eşidib.
Bu barədə futbolçunun atası məlumat verib. O, bildirib ki, “Real” oğlu üçün 15 milyon avro təklif etsə də, onlar bunu qəbul etməyib. Səbəb kimi “Real”ın futbolçunu aldıqdan sonra icarəyə verəcəyi olub:
“Madrid klubu oğlumu transfer etdikdən sonra icarəyə vermək istəyirdi. Pula görə oğlumun karyerası ilə oynamaq istəmədim”.