15 Yanvar 2025
Dünya futbolu

Sergen Yalçın son çempionun başına keçə bilər

“Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın karyerasını Trabzonda davam etdirə bilər.

İdmanxeber.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, “Trabzonspor” komandanı gənc mütəxəssisə tapşırmaq niyyətindədir. Klubun yeni prezidenti Ertoğrul Doğanın Yalçınla danışıqlara başlayacağı bildirilir. 

Ötən mövsüm komandanı çempion edən Abdullah Avcıdan sonra Türkiyə Kubokundakı uğursuzluqdan sonra Orhan Akla da yollar ayırılıb.

Xatırladaq ki, ölkə kubokunun 1/4 finalında “Trabzonspor” “Ankaragücü”nə 1:3 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43