Sergen Yalçın yenidən “Beşiktaş”ın baş məşqçisi olacaq.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubunun yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssisi komandaya dəvət edib.
Onunla 3,5 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək “Beşiktaş”ın baş məşqçisi olan Sergen Yalçın komanda ilə Türkiyə Super Liqasını və kubokunu qazanıb.