Kateqoriyasız

“Şerif” Ağabala Ramazanovu transfer etmək istəyir

Millimizin və “Səbail”in futbolçusu Ağabala Ramazanov karyerasını ölkə xaricində davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu Moldovanın “Şerif” klubundan təklif alıb. Qışda Ramazanovun Moldovaya üz turacağı gözlənilir.

Milli komandamızın üzvü “Şerif”dən əlavə, Səudiyyə Ərəbistanı və Küveyt klublarından da təkliflər alıb.

Qeyd edək ki, son Moldova çempionu olan “Şerif” klubu hazırda 70 xalla turnir cədvəlinin vahid lideridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43