26 Noyabr 2024
Ölkə futbolu

“Şerif” oyunu öncəsi “Qarabağ”da zədəli problemi

“Qarabağ”  bu gün Avroliqanın pley-off mərhələsinin ilk oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumata görə, bu gün səfərdə “Şerif” komandasının qonağı olacaq “Qarabağ”ın heyətində zədəli Kintana ilə cəzalı  Emeqarayla yanaşı daha bir itki ola bilər. Klubdan saytımıza verilən xəbərə görə, dünən oyun öncəsi keçirilən son məşqdə sol ayağından xəsarət alan Hannes Halldorsson zədələnib. Qapıçının oynayıb-oynamayacağı matç saatında bilinəcək. 

Bir neçə gündür ki, qızdırması olan Rəşad Sadıqovun isə oynayacağı dəqiqləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43