16 Sentyabr 2024
Dünya futbolu

Sertan Taşkın oynadı, komandası xal qazandı

Türkiyə 1-ci liqasında 30-cu turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının da formasını geyindiyi “Manisa” evdə lider “Eyüpspor”la üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib – 2:2.

 

Sərtan Taşkın da bu oyunda iştirak edib. 27 yaşlı sağ cinah müdafiəçisi meydana start heyətdə çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Manisa” 33 xalla 12-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43