l Divizion

“Şərurspor”un prezidenti həbs olundu

Azərbaycan I Divizionunda çıxış edən “Şərurspor” klubunun prezidenti Sərdar Bağırov gözaltına alınıb.

İdmanxeber.com-un məlumatına görə, bu haqda “Futbol+” qəzeti xəbər yayıb. Məlumatda qeyd olunub ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.

O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.

Günahsızlığını sübuta yetirməyə çalışan klub prezidenti yaxın günlərdə azadlığa buraxıla bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43