İspaniyanın “Sevilya” klubunun əfsanəvi müdafiəçisi Serxio Ramos “Los Yakis” qrupu ilə birgə klip çəkdirib.
İdmanxeber.az-ın məlumatına görə, mahnının adı “No me contradigas” (“Mənimlə mübahisə etmə”) adlanıb.
Bu, Serxionun ilk musiqi təcrübəsi deyil. O, 2018-ci ildə dünya çempionatında İspaniya milli komandasına dəstək üçün trek yazmışdı.
37 yaşlı Serxio Ramos yığmada 180 oyuna çıxıb və 29 müxtəlif kubok qazanıb.