“Real”ın sabiq müdafiəçi Serxio Ramos gələcəyi ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu Argentinadan gələn təklifi dəyərləndirməyib. 38 yaşlı futbolçu “Boka Xuniors”a keçməkdən imtina edib.
Ramos hazırda azad agentdi. Onun son klubu “Sevilya” olub.
Müdafiəçi bu yay La Liqa təmsilçisindən ayrılıb. Futbolçu karyerası ərzində “Real” və PSJ-də də oynayıb.