İspaniya çempionatının 18-ci turu çərçivəsində keçirilən görüşdə “Sevilya” “Qranada”nı 3:0 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, Əndəlus təmsilçisinin müdafiəçi Serxio Ramos komandasının qollarından birinə imza atıb. Bununla da Ramos La Liqada keçirdiyi 18 mövsümün hər birində qol vurmağı bacaran ikinci futbolçu olub.
O, ötən il təqaüdə çıxan hücumçu Xoakin Sançesin rekordunu təkrarlayıb.