Dünyadan

Səudiyyə Ərəbistanının şahzadəsi qəzəbləndi, futbolçular cəzalandırıldı

DÇ-2018-in açılış matçında meydan sahibi Rusiyaya böyük hesabla məğlub olan Səudiyyə Ərəbistanı millisinin üzvləri cəzalandırılacaq.

İdmanxeber.com-un məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman komandanın çıxışından narazı qaldığını bildirib. Səudiyyə Ərəbistanının Futbol Federasiyasının rəhbəri Eş Şeyh hər kəsdən üzr istəyib və komandanın qapıçısı Abdullah el Mayoufun, hücumçu Sahlavinin və müdafiəçi Usame Hevsavenin müəyyən məbləğdə cərimələnəcəyini bildirib.

Qeyd edək ki, son dünya çempionu Almaniya millisinin Rusiyaya gətirən təyyarə həm də, ərəbistanlı futbolçuları gətirib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43