“Roma” Avropa Liqasının final mərhələsinə vəsiqə qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu doğma meydanda 1:0 hesabı ilə məğlub etdiyi “Bayer”lə səfərdə qolsuz bərabərlik edərək, finala yekləsib. Matçın ardından “Roma”nın baş məşqçisi Joze Mourinyo oyun barədə fikirlərini bildirib:
“Sevilya” çox güclü və təcrübəli komandadır. Məncə, onlar finalda bir addım öndədir. Ancaq bu barədə bir az sonra düşünəcəyik. İndi İtaliya çempionatına köklənməliyik”, –
Avropa Liqasının finalı mayımn 31-də Budapeştdəki (Macarıstan) “Puşkaş Arena”da keçiriləcək.