“Sevilya” baş məşqçi postuna Dieqo Alonsonun gətirildiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssisin son iş yeri Uruqvay millisi olub. Dünya çempionatındakı uğursuzluqdan sonra onun müqaviləsinə xitam verilib.
Alonsonun “Sevilya”nın başında ilk oyunu oktyabrın 21-də “Real”a qarşı olacaq.