Dünya futbolu

“Sevilya”nın gözü “Fənərbaxça”nın futbolçusunda

“Sevilya” “Fənərbaxça”nın futbolçusu Atilla Szalaini heyətinə qatmağı düşünür.

İdmanxeber.az “Estadio Deportivo”ya istinadən xəbər verir ki, İspaniya klubu Jules Kounde üçün gələn 80 milyon avroluq təklifi müsbət dəyərləndirmək istəyir. Məhz bu baxımdan da Koundenin satışından əldə olunacaq gəlirin müəyyən qisminə – 20 milyon avroya “Fənər”dən Szalaini transfer edəcək.

Qeyd edək ki, “Fənərbaxça” müdafiəçini bu ilin yanvar ayında  Kiprin “Apollon” klubundan heyətinə qatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43