05 Oktyabr 2022
Dünya futbolu

“Sevilya”nın kapitanı “Qarabağ”la oyunu buraxacaq

İspaniya La Liqasının 14-cü turu çərçivəsində səfərdə “Valyadolid”ə qalib gələn “Sevilya” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, ötəngünkü oyunda komandanın kapitanı Xesus Navas sıradan çıxıb.

O, 89-cu dəqiqədə ayaq əzələsində ağrılar hiss edib və əvəzlənməsini istəyib.

İspaniyalı futbolçunun “Qarabağ”la görüşdə iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Çelsi” səfərdə uduzdu – VİDEO

admin

Daniel Gomez 21 kiloqram narkotiklə yaxalandı

admin

Azərbaycanlı futbolçunun “Krılya Sovetov”a keçidi rəsmiləşdi

admin