Dünya futbolu

“Seviya”nın yeni baş məşqçisi məlum oldu

“Sevilya” Xorxe Sampaolinin gedişindən sonra yeni baş məşqçisinin adını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, əndəlusiyalıları Eduardo Berisso çalışdıracaq. 47 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, argentinalı çalışdırıcı ötən mövsüm “Selta”da işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43