28 Sentyabr 2024
Kateqoriyasız

“Səyahətlərdən bezdiyimdən “Qəbələ”nin təklifini qəbul etdim”

“Səyahətlərdən bezdiyimdən və işləmək istədiyimdən “Qəbələ”nin təklifini qəbul etdim. O zaman hamı məni qınayırdı. Ən yaxşı çempionatlardan birinə yox, Azərbaycan Premyer Liqasına getdiyim üçün tənqid olunurdum”.

İdmanxeber.com-un  məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin deyib.

Təcrübəli mütəxəssis bildirib ki, onun üçün Azərbaycanda işləmək maraqlı olub: 

“Bilmək istəyirdim ki, komandaya, o futbolçulara faydalı olmaq gücündəyəm, ya yox? Andrey Şevçenko və ya ondan aşağı səviyyəli futbolçu ilə işləmək, əslində, eyni şeydir. Gördüm ki, istədiyimə nail oldum.

Futbol eynidir. Yavaş-yavaş öyrətmək lazımdır ki, hər biri daha yaxşı formaya düşsün.

Syomin bildirib ki, onun üçün Azərbaycanda işləmək maraqlı olub: “Bilmək istəyirdim ki, komandaya, o futbolçulara faydalı olmaq gücündəyəm, ya yox? Gördüm ki, istədiyimə nail oldum”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43