22 Oktyabr 2024
Kateqoriyasız

Seydiyev Stamenkoviçə çatdı

Misli Premyer Liqasının 3-cü turunda “Səbail”lə keçirilən oyun “Sabah”ın müdafiəçisi  Amin Seydiyev üçün əlamətdar olub.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu oyunda “Sabah”ın formasında 67-ci rəsmi matçına çıxan Amin, bununla da klubun heyətində ən çox matç keçirmiş Saşa Stamenkoviçə çatıb.

2018-2021-ci illər aralığında “Sabah”ın heyətində çıxış etmiş serbiyalı qolkiper də komandada məhz bu sayda görüşdə meydana çıxıb.

Qeyd edək ki, Amin 2020-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışır. O, 67 görüşdə (63 ölkə çempionatı, 4 ölkə kuboku) 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43