27 Noyabr 2024
Kateqoriyasız

Seymur Talıbovun rəhbərlik etdiyi qurum fəaliyyətini dayandırdı

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

İdmanxeber.az xəbər verir ki, 2002-ci ildən fəaliyyət göstərən federasiya bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişdirib. Federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov idi. (APA)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43